https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

Noyabrın 21-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Çempionat paytaxtın tanınmış idman klubu – “Judo Club 2012” üçün uğurlu olub. Klubun yetirmələrindən ikisi çempionatın qızıl, ikisi gümüş, biri bürünc medalını qazanıb. Komanda hesabında klub respublika üçüncüsü olub.

Cüdo üzrə Azərbaycan yığma komandasının üzlərinin və qonşu ölkələrdən gəlmiş təcrübəli cüdoçuların iştirakı çempionata daha yüksək maraq göstərilməsini təmin edib. Tatami üzərinə olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları ilə yanaşı kişilər və qadınlar arasındakı yarışda ilk dəfə gücünü sınayan gənclər də çıxıblar və sensasiya sayıla biləcək nəticələrə nail olublar.  Onlardan biri “Judo Club 2012”nin yetirməsi, 81 kq çəki dərəcəsində  birinci yeri tutan Murad Fətiyevdir. Gənclər arasında dünya və qitə  çempionatlarının iştirakçısı və mükafatçısı olan bu 19 yaşlı idmançı kişilər arasında respublika birinciliyində ilk dəfə iştirak etməsinə baxmayaraq finala doğru mübarizədə özünün istedad və xarakterini göstərə bilib. Murad yarımfinalda Rio Olimpiadasının (2016) gümüş mükafatçısı Avropa çempionu, dünya ikincisi Rüstəm Orucova qalib gəlib. Finalda isə o, öz  həmklubu,  kişilər arasında dəfələrlə yerli və beynəlxalq yarışların mükafatçısı, yığma komandanın üzvü  Afiq Səfərli üzərində üstünlük qazanıb.

“Judo Club 2012”nin digər yetirməsi Diana Şoranovanın da (63 kq) respublika birinciliyində debüt uğurlu olub. Ötən il gənclər arasında qızıl medal qazanmış bu balakənli qız indi də böyüklər arasında öz çəkisində respublikada ən güclü idmançı kimi özünü təsdiqləyib. Diana gənclər arasında bir sıra beynəlxalq turnirlərin də mükafatçısıdır.

Qızıl medal qazanmış hər iki cüdoçunun məşqçisi, əməkdar məşqçi Tərlan Həsənovdur. Tanınmış idman pedaqoqunun daha bir yetirməsi – gənclər arasında beynəlxalq yarışların mükafatçısı Nurlan Osmanov isə (66 kq) respublika birincliyinin bürünc mükafatına layiq görülüb. O da kişilər arasında ölkə birinciliyinin debütantı olmasına baxmayaraq, bu yarışda yığma komandanın üzvü, tanınmış cüdoçu Nicat Şıxəlizadəyə qalib gəlməyi bacarıb.

“Judo Club 2012”nin çempionatda gümüş medal qazanmış üzvü Aida Baxışovanın (70 kq) nəticəsi də uğurludur. Belə ki, Azərbaycan yığma komandasının üzvü olan bu idmançı ötən il  respublika birinciliyinin bürünc mükafatına layiq görülmüşdü.

Klub rəhbərliyinin ağır çəkili yeniyetmə cüdoçu Hüseyn Məmmədovun (120 kq) ilk dəfə respublika birinciliyində iştirakına şərait yaratması isə bu ümidverən gənc üçün çox faydalı olub. Gürcüstanda öz yaş qrupu üzrə iki gün əvvəl başa çatan beynəlxalq turnirdə qızıl medal qazanmış Hüseyn Bakıda respublika yığmasının üzvü olan təcrübəli cüdoçularla mübarizə aparıb. O, iki görüşü qələbə ilə başa çatdırsa da, tanınmış idmançı, beynəlxalq yarışların mükafatçısı Şahin Qəhrəmanova məğlub olaraq medallar uğrunda mübarizədən kənarda qalıb.

“Judo Club 2012”nin icraçı direktoru, əməkdar məşqçi, cüdo və sambo üzrə SSRİ idman ustası, veteran ustalar arasında beynəlxalq yarışın mükafatçısı Hafis Hacıyev əldə olunmuş nailiyyəti klubun rəhbərliyinin məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.

“Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, əməkdar idman ustası Azər Əsgərov rəhbərlik etdiyi idman təşkilatının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına çalışır, klub üzvlərinin təkcə respublika yarışlarında deyil, həm də beynəlxalq turnirlərdə, dünya və qitə birinciliklərində iştirakına  lazımi dəstək verir, onların məşqlərinin səmərəli keçirilməsi üçün zəruri şərait yaradır.  Bu ilki respublika birinciliyində idmançıların qazandığı nailiyyətlərdən, klubun komanda hesabında üçüncü yer tutmasından qürur duyğunu bildirən Azər Əsgərov deyir: “Azərbaycan indi dünyada idman ölkəsi kimi tanınır. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi idman siyasətinin,  bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində  Azərbaycan idmançıları ən nüfuzlu, mötəbər beynəlxalq turnirlərdə yüksək yerlər tutur, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Belə şəraitdə biz veteranlar da öz imkanımız daxilində ölkə idmanın inkişafına töhfə verməyi özümüzə borc bilirik. “Judo Club 2012”nin qarşısında duran əsas vəzifə həm güclü və əzmkar idmançılar, çempionlar yetişdirmək, həm də gənclərimizə  vətənpərvərlik ruhu aşılamaqdır. Mənim əziz müəllimim, klubumuzun baş məşqçisi, Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan  Həsənov başda olmaqla məşqçilər heyətinin bu vəzifənin öhdəsindən layiqincə gəlməsi bizi sevindirir ”.

Onu da qeyd edək ki, “Judo Club 2012” 21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə  “Raquf Orucov Kuboku” ənənəvi beynəlxalq komanda turnirinin təşkilatçısıdır. Turnir 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancaına həlak olmuş əfsanəfi kəşfiyyatçı Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr olunur. Bundan başqa, klub rəhbərliyi Azərbaycan Kikboksinq Federasiyasının  Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr etdiyi turnirə də dəstək göstərib.

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

Şəkil sayı: 4
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.