https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

DİN Lənkəranda oyundan sonra baş verən insidentlə bağlı məlumat yaydı

DİN Lənkəranda oyundan sonra baş verən insidentlə bağlı məlumat yaydı

 Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən insidentlə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilən oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.
 
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq Şəhər Rayon Polis Şöbəsinə gətirilib. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilib.
 
İctimai asayişi qorumağa cəlb edilmiş Daxili İşlər Orqanının əməkdaşlarından 6 nəfəri xəsarət alıb.
 
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.