Azad Azərbaycan Teleradio Şirkətində daha bir kadr dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, 1999-cu ildən Teleşirkətə məxsus 106 FM radiosunun direktoru işləyən Yusif Ağayev vəzifəsindən azad edilib. O, 106 FM-ə proqram direktoru təyin olunub. Y,Ağayevin yerinə isə Nurlana Cəfərova təyin edilib.
Xəbəri 106 FM radiosundan da təsdiqləyərək bildiriblər ki, yeni direktor əvvəllər həmin radionun əməkdaşı olub.
Qeyd edək ki, ötən il ATV-yə prezident təyin olunan Vüqar Qaradağlı teleşirkətdə bir sıra kadr islahatları həyata keçirib.