../img/pics/medium/163899_m3m53p38dw.jpeg Şəhid olan zabitimiz dəfn edildi - Yenilənib
../img/pics/medium/163892_3r8b5gi4q6.jpeg Müdafiə Nazirliyindən ermənilərin iddiasına cavab
../img/pics/medium/163884_6xik63f3ts.jpg Sarsılmaz dostluğun dəyərli salnaməsi
../img/pics/medium/163882_edqadjf7bj.jpg Tanıyaq və tanıdaq: Rza Vəidi Artan
SON XƏBƏRLƏR
13 İyul 2020

Dekabr üçün dünyanın ən güclü 100 şahmatçısının arasında 6 azərbaycanlı var

Dekabr üçün dünyanın ən güclü 100 şahmatçısının arasında 6 azərbaycanlı var<b style="color:red"></b>

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.

Trend-in məlumatına görə, kişi şahmatçıların ilk yüzlüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir, ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.

Azərbaycanlı Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.

Qeyd edək ki, qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.


 
Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.