ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, müxtəlif mənbələrdən Vaşinqtonun Kiprdə hərbi obyektlər üçün ərazilərin təftişini keçirdiyi barədə məlumatlar əldə olunub:
“Adada hərbi mövcudluğun artırılması və bölgənin ABŞ və NATO planlarına daha çox cəlb olunması Kipr üçün təhlükəli ola bilər”.