“Azərbaycanla Gürcüstan arasında olan tarixi dostluq münasibətlərinin inkişafı yeni formalaşan hökumətin prioritet məqsədlərindən biridir”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu açıqlamanı Gürcüstanın yeni hökumətində baş nazir postunu tutacaq “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili verib. O bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışacaq: “Azərbaycanla əlaqələrimiz çox sıx olacaq və mənim məqsədim budur”