|
|
|
|
Cari ilin dekabrın 1-dək Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqları bloku üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 137 milyard 446 milyon ABŞ dollarına yüksəlib.
Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, son 11 ay ərzində AÇG blokundan 8 milyard 960 milyon ABŞ dolları gəlir götürülüb.
Cari ilin yanvarın 1-dən dekabrın 1-dək Şahdəniz yatağı üzrə kondensatın satışından 222 milyon ABŞ dolları gəlir əldə olunub.
Ümumilikdə, 2007-ci ildən etibarən, Şahdəniz yatağı üzrə qazın satışından 2 milyard 506 milyon ABŞ dolları gəlir götürülüb.
CEYHUN