https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Türkiyənin məşhur simaları Bakıda mükafatlandırılacaq

Türkiyənin məşhur simaları Bakıda mükafatlandırılacaq

Oktyabrın 11-də  “Xəyal Production” “Hilton” oteldə “The First-2012” mükafatlandırma mərasimini keçirəcək.

“Xəyal Production”un rəhbəri Xəyal Rza 525.az-a açıqlamasında bildirib ki, builki mükafatlandırma mərasiminə 8 xarici ölkədən - ABŞ, İsveç, Hollandiya, Finlandiya, Rusiya, Gürcüstan, Türkiyə və Danimarkadan tanınmış insanlar, iş adamları, sənətçilər, diaspor nümayəndələri qatılacaqlar.

X.Rza Türkiyənin canlı əfsanəsi Selami Şahinin də “The First-2012”də iştirak edəcəyini vurğulayıb. Məşhur müğənni “Yaşam boyu onur” nominasiyasyla mükafatlandırılacaq. Tədbirə həmçinin Türkiyədən pop-ulduz Gökce, müğənni Eren Sandal, Kral FM-in aparıcısı Gezegen Mehmet, millət vəkili Nurdan Şanlı, məşhur model Muhammer Ketenci və başqa məşhur sənətçilər və mühüm iş adamları gələcəklər.

Mükafatlandırılanlar arasında Azərbaycanın sənət adamları, idmançılar, tanınmış şəxslər də var. Müğənni Zülfiyyə Xanbabayeva da mükafat alanlar sırasında olacaq. Bu il yeni nominasiyaların da olduğunu bildirən X.Rzayev mərhum türk rokçu Barış Akarsunun da xatirəsini anacaqlarını deyib.

Keçən il mükafatlandırmadan sonra yayılan şaiyələrə münasibət bildirən Xəyal Rza bu haqda belə danışıb: “Bütün bunlar yalandan başqa bir şey deyildi. Təsəvvür edin ki, 40 nəfər mükafatlandırılır, yalnız onlardan biri narazıçılıq edir. Dərhal hiss olunurdu ki, bu, bir qərəzdir”.

Qeyd edək ki, “The First” mükafatlandırma mərasimi 2009-cu ildən bəri artıq dördüncü dəfədir ki, təşkil olunacaq. Bu tədbirin məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, Azərbaycan müğənnilərini Türkiyəyə və dünyaya tanıtmaqdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.