|
|
|
|
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə İraqın neft naziri Tamer əl-Qadban deyib.
"OPEK ölkələri üçün azalma 2,8% təşkil edəcək, OPEK-ə üzv olmayan ölkələr üçünsə - 2%", - deyə nazir bildirib və əlavə edib ki, hasilatın azalması 2018-ci ilin oktyabr ayının səviyyəsindən hesablanacaq.