Bu gün Belçikanın paytaxtı Brüsseldə "Sarı jiletlər" hərəkatının iştiakçıları ilə polis arasında qarşıdurma baş verib.
Trend-in məlumatına görə, polis nümayişçilərin onlara fişəng atmasından sonra su şırnağı tətbiq edib, əlavə qüvvələr və polis zirehli maşını gəlib.
Polislər dəbilqə və dəyənəklərlə bir cərgəyə düzülərək su şırnağının işə salınandan sonra etirazçıların üstünə getməyə başlayıb.
Aksiya Avrokomissiya binalarının yaxınlığında baş verir. Daha əvvəl 100-ə yaxın şəxsin saxlanıldığı bildirilib.