https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

“Xəzər Lənkəran” bəyanat yayıb

“Xəzər Lənkəran” bəyanat yayıb
 “Xəzər Lənkəran” Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə oyunundan sonra stadionda baş verən qalmaqalla bağlı bəyanat yayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına daxil olan bəyanatda hadisələrin müxtəlif mətbuat vasitələrində şişirdildiyi bildirilir.
 
Öncə AFFA-nın işini yüksək qiymətləndirən cənub təmsilçisi futbol ictimaiyyətini assosiasiya ətrafında birləşməyə çağırıb: “Artıq ölkəmiz beynəlxalq futbol qurumlarının sadəcə sıravi üzvü deyil, bu təşkilatların fəal iştirakçısı kimi tanınıb. Azərbaycanda keçən il keçirilmiş FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016-cı ildə baş tutacaq U-17 Avropa Çempionatı kimi mötəbər yarışlar artıq ölkəyə FİFA və UEFA kimi ali futbol qurumlarının rəhbərlərinin bilavasitə diqqətini cəlb edir. Bu səbəbdən dünya futbolunun aparıcı simalarını stadionlarımıza gəlməsi tez-tez rast gəlinən hala çevrilib. Bütün bunlar AFFA-nın gördüyü məqsədyönlü və təşkilatlanmış işin nəticəsidir. AFFA prezidenti, hörmətli Rövnəq Abdullayev bu posta seçildiyi ilk gündən görülən işlərin keyfiyyəti və kəmiyyəti ölkə futbolunun uğurlu yolda olduğundan xəbər verir”.
 
Ölkənin aparıcı futbol klubu olan və futbolumuza bir çox sahələrdə yeniliklər gətirən “Xəzər Lənkəran” da AFFA bayrağı altında çıxış edərək, bu qurumun strategiyasını və gördüyü işləri birmənalı olaraq dəstəkləyir: “Ən böyük azarkeş kütləsinə malik olan klubumuz ölkədə futbolun populyarlaşması istiqamətində üzərinə düşən böyük məsuliyyətdən qürur hissi duyur. Biz hər bir zaman istər meydanda, istərsə də meydandan kənarda futbol adına bütün işlərin düzgün təşkil olunmasının tərəfdarı olmuşuq və bu istiqamətdə çoxlu sayda əməli tədbirlər görmüşük”.
 
Bəyanatda Topaz Premyer Liqasının son turunda “Xəzər Lənkəran” stadionunda baş verənlərə bağlı adekvat reaksiya verdiyi bildirilir: “Müxtəlif mətbuat vasitələrində hadisələrin şişirdilməsi, düzgün şəkildə təqdim olunmaması, baş verənlərə müxtəlif don geyindirmək cəhdləri bizi narahat etməyə bilməz. Hələ çempionatın ötən turunda “Qarabağ” və “Xəzər Lənkəran” oyunu zamanı azarkeşlərin münaqişəsi və bunun nəticəsində xəsarət alması barədə mətbuatda dezinformasiya xarakterli yazılar yer almışdı. Sonradan məlumatın həqiqətə uyğun olmadığı aşkarlandı. Təəssüf ki, növbəti turdan sonra bu tipli səhv məlumatlar üzə çıxdı ki, bütün bunlar ümumilikdə vəziyyət barədə yanlış təsəvvür yaradır. Belə məlumatlar “Xəzər Lənkəran”la digər klublar arasında gərginlik yaradılmasına zəmin yaradır ki, bu da klubumuzun mövqeyinə tamamilə ziddir. “Xəzər Lənkəran” bütün futbol klubları ilə yüksək səviyyəli münasibətlərə malikdi və bu münasibətlərim qorunması klubumuz üçün böyük əhəmiyyət daşıyır”.
 
Sənəddə “Xəzər Lənkəran” azarkeşlərlə işdə təcrübəyə malik olduğu vurğulanıb: “Ölkədə ən böyük azarkeş kütləsi olan klub kimi “Xəzər Lənkəran” azarkeşlərlə iş üzrə də böyük təcrübəyə malikdir. Futbol azarkeşlər üçün oynanılır, və azarkeşlər komandaya dəstək verən, onu ruhlandıran, ona arxa və dayaq olan ən böyük qüvvədir. Biz meydanda və tribunalarda sağlam rəqabətin tərəfdarıyıq və heç bir zaman futbolda baş verənlərə qeyri-idman donu geyindirilməsi ilə barışa bilmərik. "Xəzər Lənkəran" azarkeşlərini nəzərə alan AFFA rəhbərliyinin son tur baş verənlərin nəticəsi olaraq stadionumuzu diskvalifikasiya etməməsini klubumuz çox müsbət addım kimi dəyərləndirir və qurumun rəhbərliyinə təşəkkürünü bildirir”.
 
“Xəzər Lənkəran” bəyan edir ki, azarkeşləri heç bir zaman heç bir iğtişaş xarakterli əməllərə yol verməyib və yol verməyəcək: “Onu da qeyd etmək vacibdir ki, hər bir kəs Azərbaycan Respublikasının Qanunvericiliyi qarşısında eyni həcmdə məsuliyyət daşıyır və bu məsuliyyətdən heç bir şəxs heç bir halda boyun qaçıra bilməz. Hər birimizin bir məqsədi olmalıdır - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək”.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.