2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş Avropa Azərbaycan Məktəbi dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan biri Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib. 23 avqust 2013-cü il tarixdə təşkilata üzvlüyü təsdiq edən rəsmi sertifikatı məktəbə təqdim olunub.
Qeyd edilən quruma üzv qəbul edilməklə, Avropa Azərbaycan Məktəbi beynəlxalq təhsil sahəsində ideyaların və ən yaxşı təcrübələrin bölüşməsi üzrə dünyanın aparıcı təhsil şəbəkəsinə qoşulmuşdur. Bü üzvlük Məktəbin təhsil standartlarının daha da inkişafı, Azərbaycanda beynəlxalq səviyyədə tanınmış təhsil proqramları və xidmətlərin yaradılmasına mühüm töhfə verəcəkdir.
Beynəlxalq Məktəblərin Avropa Şurası təhsil sahəsində dünyanın aparıcı qurumlarından biridir. Təşkilatın məqsədi beynəlxəlq təhsil sahəsində ən qabaqcıl təcrübə və ideyaları yaymaq və dəstəkləmək üçün qlobal şəbəkə kimi fəaliyyət göstərməkdir. Dünyanın ən qabaqcıl məktəbləri bu şəbəkənin üzvüdür.