“İnterAz” Televiziyasından istefa verən tanınmış jurnalist Azadə Balayeva ANS-də “İç xəbər” proqramının redakoru kimi fəaliyyətə başlayıb.
Bu barədə Modern.az-a proqramın rəhbərliyindən bildiriblər. Qeyd edək ki, A.Balayeva “SalamNews” İnformasiya Agentliyinin nəzdindəki “İnterAz” Telekanalında xəbərlər proqramının rəhbəri idi. Ötən həftənin sonu A.Balayeva və digər əməkdaşlar “İnteraz”dan istefa verib.