|
|
|
|
Azərbaycan paytaxtında məktəbli itkin düşüb.
Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə 36-cı Polis Bölməsinə oktyabrın 8-də məlumat daxil olub. Hazırda onun tapılması istiqamətində tədbirlər davam etdirilir.