“Humanitar Araşdırmalar” İctimai Birliyi (HAİB) adlı yeni qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib.
Təşkilatdan 525.az-a verilən məlumata görə, Nurlana Qasımlı təşkilatın sədri vəzifəsinə seçilib. Əsas məqsədi humanitar məsələlər üzrə araşdırmaların aparılmasından ibarət olan QHT ölkədə sosial-mədəni və humanitar sahədə dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, maarifləndirmə işləri aparmaq, müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək və s. məsələlərlə məşğul olacaq.