../img/pics/medium/135133_fng1ztitm4.jpg Şəkillənən xatirələr, yaxud başı qarlı uca dağ: Xalq yazıçısı Hüseyn İbrahimov
../img/pics/medium/135135_e0hv5s480l.jpg Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
../img/pics/medium/135138_e8wdncd9lr.jpg Həmidə xanım Cavanşir haqqında maraqlı tədqiqat əsəri
../img/pics/medium/135117_2788epnbjc.jpg İlham Rəhimlinin yeni kitabları təqdim olundu
SON XƏBƏRLƏR
23 May 2019
22 May 2019

Şumaxerin 50 yaşı tamam olur

Şumaxerin 50 yaşı tamam olur<b style="color:red"></b>

Bu gün Formula 1 avtomobil yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 50 yaşı tamam olur.

Trend-in məlumatına görə, Şumaxer Almaniyanın Hürt-Hermülhaym qəsəbəsində dünyaya göz açıb. Anası Elizabet məktəbdə işləyib, atası Rolf isə bənna olub. Məhz atası kiçik Şumaxerdə avtomobilə həvəs oyadıb.

1983-cü ildə M.Şumaxer lisenziya əldə edərək Almaniya kartinq çempionatlarında çıxış etməyə başlayıb. Nəticə tez əldə olunub - o, gənclər arasında ölkə çempionu, Avropa çempionu və dünya çempionatında ikinci yeri tutub.

Məktəbi bitirən gənc idmançı mexanik işləməyə başlasa da, yarışları unutmur. 1988-ci ildə 10 yarışdan 9-da qalib gələrək "Formula König" çempionu olur. Növbəti il isə Formula 3-də üçüncü, 1990-cı ildə birinci olur və "Mercedes" komandasına qoşulur.

M.Şumaxerin Formula 1-də debütü maraqlı olub. Belə ki, "Cordan"ın pilotu Bertran Qaşo taksi sürücüsü ilə davaya görə həbsə atılır, vakant yerə isə Şumaxer dəvət olunur. Təsnifatda alman pilot zəif maşınla yaxşı nəticə göstərir - 7-ci yer. Növbəti il isə onu "Benneton"a dəvət edirlər.

Yeni komandada ilk yürüşündə Şumaxer tərəfdaşı, 3 qat dünya çempionu Nelson Pikeni qabaqlayaraq 5-ci olur. O, 1992-ci il mövsümünü yalnız "Uilyams"ın pilotlarından geri qalaraq 3-cü yerdə tamamlayır.

Qarşıdakı illərdə qələbələrini sıralayan idmançı 2000-2004-cü illərdə dominantlıq edir. O, 5 il ərzində 48 qələbə qazanaraq ardıcıl 5 çempionatın qalibi olur, Formula 1 tarixində ən titullu pilot olur.

2006-cı ildə "Qırmızı Baron" karyerasını bitirmək qərarına gəlir. 3 ildən sonra "Mercedes" komandasından təklif alan idmançının dönüşü uğurlu olmur. Şumaxer 2012-ci ildə Formula 1-i tamamilə tərk edir, bir il sonra isə Alp dağlarında xizək sürərkən qəza keçirir, kəllə-beyin travması alır.

2014-cü ilin iyununda komadan ayılan Şumaxer reabilitasiya mərkəzinə köçürülür. Hazırda isə İsveçrədəki evində həkimlərin nəzarətindədir.

Ailəsi onun səhhəti ilə bağlı ətraflı məlumat yaymır. Mətbuatda isə ara-sıra yazılar gedir. Məsələn, ötən ilin dekabrında "Daily Mail" qəzeti pilotun ayağa qalxdığını, aparatdan ayrıldığını və sərbəst şəkildə nəfəs aldığını yazdı. Nəşrin məlumatına əsasən, Şumaxerin müalicəsi həftədə 50 min funt sterlinq qiymətləndirilir.

Əfsanəvi pilotun azarkeşləri isə ümidlərini itirməyib, Şumaxerin Formula 1-in paddokuna qayıdacağına inanırlar. Bu gün isə oğlu Mik Şumaxer onun yolunu əzmlə davam etdirir.


 
Bölmənin digər xəbərləri
Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edildi Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edildi
Gürcüstanda danışılmış oyuna görə saxlanılan 11 futbolçulardan 4-ü məhkəmə qərarı ilə həbs edilib. ...
22.05.19
AFFA-dan  Mxitaryanla bağlı açıqlama AFFA-dan Mxitaryanla bağlı açıqlama
AFFA İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi ilə bağlı açıqlama yayıb. ...
21.05.19
Mxitaryan Bakıya gəlmir! - “Arsenal”dan rəsmi açıqlama Mxitaryan Bakıya gəlmir! - “Arsenal”dan rəsmi açıqlama
"Arsenal" futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib. ...
21.05.19
“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu “Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu
Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub. ...
20.05.19
Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır? Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır?
Azərbaycan klubları avrokubokların finalına çıxa bilməsələr də, final özü gəlib bizə çıxıb. ...
17.05.19
Avropanın ən ağır kuboku, 8 milyon mükafat - Bakı finalı Avropanın ən ağır kuboku, 8 milyon mükafat - Bakı finalı
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb. ...
14.05.19
"Daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik"
“Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm”. ...
13.05.19
Dünyaca məşhur karikaturaçıdan Kloppa Dünyaca məşhur karikaturaçıdan Kloppa "sillə" kimi cavab
Məşhur karikatura ustası Omar Momani Yurgen Kloppun Bakıda Avropa Liqası finalı əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib....
13.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
Zemfira Meftaxətdinova: Zemfira Meftaxətdinova: "Azərbaycan beynəlxalq yarışları keçirməyə qadirdir"
"UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində anti-Azərbaycan qüvvələrin növbəti dəfə fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlaması təsadüfi...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı
AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib....
10.05.19
Kaliforniyada Heydər Əliyevə həsr olunmuş şahmat turniri Kaliforniyada Heydər Əliyevə həsr olunmuş şahmat turniri
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş geniş şahmat turniri keçirilib....
09.05.19
Kliçko siyasi fəaliyyətə başlaya bilər Kliçko siyasi fəaliyyətə başlaya bilər
Boks üzrə sabiq dünya çempionu, ukraynalı Vladimir Kliçko siyasi fəaliyyətə başlamaq niyyətindədir....
09.05.19
Azad Rəhimov: “Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir” Azad Rəhimov: “Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir”
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin seminarının ilk gününün sonunda mətbuat konfransı...
06.05.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.