Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması Yunanıstanın enerji sahəsində hökumətin əsas məqsədlərindən biridir.
Trend-in məlumatına görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakis deyib.
Nazir bildirib ki, Yunanıstan hökumətinin qarşısında dayanan dörd məqsəd - Yunanıstanın qaz bazarının liberallaşdırılması və mökəmləndirilməsi;
Yunanıstan bazarının TAP, Yunanıstan-Bolqarıstan interkonnektoru, “EastMed” kimi iri infrastruktur layihələrinin reallaşdırılması hesabına Balkan və Şərqi Aralıq dənizi bazarlarına qoşulması;
ölkənin qaz təchizatı mənbələri və marşrutlarının möhkəmləndirilməsi;
ölkənin təkcə tranzit qovşağı kimi, həm də mümkün qaz istehsalçısı kimi mövqelərinin güclənməsidir.