Azərbaycanda oktyabrın 10-na gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.