Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli dünyasını dəyişib.
Məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.
Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinməsə də, səhər yuxudan ayılmadığı deyilir.