ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Diplomat Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək.
Bu, yeni həmsədrin bu postda regiona ilk səfəridir.
C. Uorlikin Bakıya səfər sentyabrın 10-da başa çatacaq. O, səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.