CHP sədri Kamal Kılıçdaroğlu Suriyada baş verən son hadisələrlə əlaqədar “CNN Türk”ə açıqlama verib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu İraq və Suriyada müsəlmanların öldürülməsində Suriya prezidenti Bəşər Əsədi, daha sonra isə baş nazir Rəcəp Tayyip Ərdoğanı günahlandırıb:
“Suriya və İraqda yüz mindən çox müsəlman öldürülüb, qadınlara təcavüz edilib. Əsəd onları öldürür, Ərdoğan isə bu rejimə silah verir”.