Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.
Trend-in məlumatına görə, yaxın saatlarda onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.
Qeyd edək ki, ölkə liderləri görüş zamanı ikitərəfli münasibətləri, o cümlədən, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Bir günlük səfər çərçivəsində həmçinin, digər beynəlxalq və regional məsələlər müzakirə olunacaq.