Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaq. Bu barədə AzərTAc-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. A.Təvəkküloğlu bildirib ki, Milli Məclisdə sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaq.
Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.