https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Qara Qarayev: “İsrailin zəif olduğunu demək bizə yaraşmaz”

Qara Qarayev: “İsrailin zəif olduğunu demək bizə yaraşmaz”

Millimizin və “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev yığma komandamızın “DÇ-2014”-ün seçmə mərhələsində İsrail millisi ilə oyunu (1:1) haqda Qol.Az saytının suallarını cavablandırıb.

- Matç haqda təəssüratlarını bilmək istərdik.

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Hamımız formada idik. Ona görə də oyun bizim üçün çətin olmadı. Şükürlər olsun ki, bizə lazım olan bir xalı qazandıq. Sevincliyik ki, ən azından məğlub olmadıq.

- Nəticə baxımından 1:1 hesabı yaxşıdır. Bəs, futbolçularımız layiqli mübarizə apara bildilərmi?

- Özünüz də gördünüz ki, bizdə qələbə istəyi çox idi. Hamı oyunu ilə qalib gəlmək istəyimizi göstərirdi. Ən əsası komandamızda əminlik var idi.

- İsrail millisinin çox zəif çıxış etdiyi deyilir.

- Məncə, səfərdən bir xal gətirmişiksə, artıq danışmağa ehtiyac yoxdur. Buna sevinmək lazımdır. Rəqibin zəif olduğunu demək bizə yaraşmaz. İsrailin zəif olduğunu heç kim deyə bilməz. Onların Portuqaliya ilə necə oynadığını hamı görüb. İsrailin gücünü hamı yaxşı bilir. Belə fikirlər səsləndirməklə qazandığımız nəticəyə kölgə salmaq düz deyil. Gətirdiyimiz bir xal Azərbaycanındır və futbolumuzun uğurudur.

- İkinci hissədə meydana çıxdın. Oyunundan razı qaldın?

- Bundan yaxşı oynaya bilərdim. İnşallah, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyəm. Məşqçinin dediklərini yerinə yetirdim. Amma bunun daha yaxşı da edə bilərdim.

- İsraildən qələbə ilə də qayıtmaq olardı. Hesabı qorumağa nə mane oldu?

- Fərdi səhvlərimizdən qol buraxdıq. Çox adi bir epizodda səhv etdik və qapımızda qol gördük. Ancaq konkret hansısa oyunuçunu günahlandırmaq olmaz. Buraxdığımız qol epizodunda daha dəqiq qərar verə bilərdik.

- U-21 millimizin oyununu da izlədiniz. Necə oldu ki, komandamız belə acı məğlubiyyətlə (2:7) üzləşdi?

- Gözlənilmədən komandamız 2 qol buraxdı. Beşinci dəqiqədə artıq İsrail millisi 2 qol vurmuşdu. Buna görə də oyunun 70 faizi həll olunmuşdu. Bu da bizim futbolçulara psixoloji cəhətdən öz təsirini göstərdi. Ümumiyyətlə, Azərbaycan futbolçuları psixoloji cəhətdən o qədər güclü deyillər ki, beşinci dəqiqədə iki qol buraxdıqdan sonra oyunun taleyini dəyişsinlər. Yenə də oyunçularımız cəhd etdilər hesabı 2:1 etdilər. Lakin rəqib üçüncü qolu vurduqdan sonra komandamızın oyunu söndü. Açığı, komandamız çox zəif çıxış etdi.

- Əsas millimizin növbəti oyunu Şimali İrlandiya ilə olacaq. İsraildə qazanılan sərfəli nəticədən sonra Şimali İrlandiyaya qalib gələcəyimizə inam artıb. Sən necə düçünürsən?

- Oynadığımız komandaların da gücünü nəzərə almaq lazımdır. Rusiya da, Şimali İrlandiya da güclü rəqiblərdir. Maksimum çalışırıq ki, onlara qarşı oyunda yaxşı nəticə qazanaq. Bu gün heç kim deyə bilməz ki, İsraildən bir xal aldığımıza görə, Rusiyanı və ya Şimali İrlandiyanı məğlub edəcəyik.

- Ancaq nəzərə alsaq ki, Şimali İrlandiyanı səfərdə məğlub etməyə çox yaxın idik, millimiz öz meydanında bu rəqibə qalib gəlməlidir.

- Əlbəttə, meydana yalnız qələbə üçün çıxacağıq. Seçmə mərhələn yaxşı nəticələrlə başa vurmaq istəyirik. Qazanılan hər bir xalın bizə böyük xeyri dəyəcəyini bilirik. Şimali İrlandiya ilə öz meydanımızda heç-heçə etsək də, uğursuzluq sayılmamalıdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.