../img/pics/medium/138839_w4ojq0mkla.jpg Ailədə cavabdeh kimdir? - Mütəxəssis rəyi
../img/pics/medium/138838_3j6875akui.jpg "Şair olmağın mən bilən yolu..." - Çingiz Əlioğlunun şeirləri
../img/pics/medium/138829_9lybksuk7s.jpg "Qanun"dan yeni nəşrlər - Siyahı
../img/pics/medium/138834_6nhbqy3at0.jpg İyirminci əsrin Heraklı - Jan-Pol Sartr
SON XƏBƏRLƏR
21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Aktauda Azərbaycan Gəncləri günü

Aktauda Azərbaycan Gəncləri günü <b style="color:red"></b>

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunda 2 fevral - gənclər günü ilə əlaqədar tədbir keçirilib.

Baş konsulluq tərəfindən təşkil olunmuş tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının üzvləri, Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə həmçinin azərbaycanlı gənc rəssamlar – Elmira Ağayeva, Elmira Mürsəliyeva, Raziyə Məhəmmədrəsulovanın rəsm sərgisi təşkil olunub.

Tədbiri Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər gününün tarixindən danışdı. O, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Gənclər və İdman nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, çox saylı dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramlarının təsdiq edilməsi ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğısı olduğunu bildirib. E.Zeynalov, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çox saylı tədbirlər haqqında danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almaları, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmaları ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətinin bir hissəsi olduğunu qeyd edib.

Daha sonra Baş konsulluğun əməkdaşı Kamil Ağayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılmış “DAOS virtual şəbəkəsi”nin təqdimatı keçirilib. K.Ağayev saytın məqsəd və vəzifələrindən danışaraq, dünya azərbaycanlılarının əlaqələndirilməsi üçün yaradılmış daoz.az saytının xaricdə yaşayan soydaşlarımıza virtual olaraq Vətəni hiss etdirmək, soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəkləri haqqında məlumat verib.

Daha sonra Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetin 3-cü kurs tələbəsi Əzizə Hüseynova çıxış edərək, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, yaradılmış şəraitdən danışdı.

Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının sədri Orxan Salahov son illərdə Manqista vilayətində yaşayan azərbaycanlı gənclərin Qazaxıstanın ictimai-siyasi həyatında göstərdiyi fəaliyyətdən, xüsusi ilə idman sahəsində azərbaycanlı gənclərin Qazaxıstan, Asiya və dünya miqyaslı yarışlarında əldə etdiyi nailiyyətlərdən danışdı. O, azərbaycanlı gənclərin müxtəlif dövlət tədbirlərində yüksək səviyyədə təmsil olunmalarının dost, qardaş Qazaxıstanda azərbaycanlıların nüfuzunun daha da artırılmasına xidmət etdiyini vurğulayaraq, bu istiqamətda daha aktiv fəaliyyət göstərilməsinin vacibliyini bildirdi.

Çıxışlardan sonra 2 fevral gənclər günü ilə bağlı hazırlanmış tort vilayətdəki ən aktiv gənclər tərəfindən birgə kəsildi.

Tədbir gənc muğənni Rəfael Bayramovun ifasında milli və müasir musiqilərlə və rəqslərlə davam etdirildi.


 
Bölmənin digər xəbərləri
“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik” “Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib. ...
19.07.19
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in)Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir. ...
19.07.19
“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto “JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto
Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. ...
19.07.19
“Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var “Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. ...
18.07.19
Çempionlar Liqası: Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. ...
18.07.19
XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək....
16.07.19
Nazim Süleymanov: Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"
"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ",...
10.07.19
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək....
10.07.19
Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. ...
09.07.19
“Zirə”nin prezidenti istefa verdi “Zirə”nin prezidenti istefa verdi
"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib. ...
09.07.19
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu “Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu
İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub....
08.07.19
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib...
06.07.19
“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir –  siyahı “Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. ...
05.07.19
UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər” UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər”
“Azərbaycanda futbolu sevirlər. Həmçinin onların hər gün superulduz görmək imkanı da yoxdur”. ...
04.07.19
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib
“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”. ...
02.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.