https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

"2019-cu il mövsümündə "Formula 1" yarışında dəyişikliklər olacaq"

"2019-cu il mövsümündə "Formula 1" yarışında dəyişikliklər olacaq"

2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda, Bakı möhtəşəm idman məkanıdır.

Trend-in məlumatına görə, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri deyib.

Ç.Kerri bildirib ki, "Formula 1" Azərbaycanla əməkdaşlıqdan məmnundur və bu tərəfdaşlığa böyük önəm verir: “Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda keçirilən bu yarış "Formula 1" yarışları arasında öz yerini tutur”.

İcraçı direktor qeyd edib ki, 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq: “2019-cu ildə artıq siz yeni pilotlar görəcəksiniz, komandalarda, təşkilatçilarda dəyişikliklər olacaq. Bunların hamısı yarışın daha yüksək səviyyədə keçirilməsinə xidmət edir”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.