"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:
Yaxşı vuran şairlərimizdən biri axşam evə gələndə görür hamı çöldədir! Deyir, nolub? Deyirlər, yer silkələnir! Deyir, ayə, yer 30 ildi silkələnir, siz indimi bilirsiniz?! :))
***
3000-dən çox kitabım Ağdamda qaldı! Atamın kitabxanasına 15 il öz aldıqlarımı da əlavə etmişdim! İndi Masazırda anamın evində 1000-dən çox kitabım toplanıb! Aldıqlarım, bağışlananlar, hədiyyə olunanlar! Düşündüm ki, bəlkə, bir dəfə kitab həvəslisi olan gənc ədibləri yığım gətirim bura! Tədbirin birini də burda keçirək! :) Daraşsınlar kitablara! :) Amma daraşacaqlarmı, oxuyacaqlarmı?!
***
Ağcabədi və Beyləqanda erməni radiosu rahat, maneəsiz konsert verir! (97.70 FM) Mahnılarının da yarısı oğurluq!!! Bizim Rabitə Nazirliyinin uyğun idarələri də dinləyirlər yəqin!
***
Niyə şəkilləri tez və çox bəyənirik?! Yəqin görüntü sevənik. ona görə! “Göz gördü, könül sevdi” - deyirik! Qulaq eşitdi, baş düşündü, qəlb sevdi - demirik! Amma hərdən sözün gücünə də inanırıq! Söz də gərək Söz ola! Söz də gərək ilanı yuvasından çıxara. :)
***
Deyir, 20 il fotoqraf işləmişəm, sənətim sıradan çıxdı, indi çayçı işləyirəm! Zaman, texnologiya çox sənətləri sıradan çıxarıb və çıxaracaq! Çay isə həmişə olacaq! Yaşasın çay - incə belli cam bardaqda! :)
***
İndi hamı hökumətə məsləhət verir! Arpanı ayırd etməyənlər də :)
YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ