|
|
|
|
Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq kəsiləcəyi gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Sabah