APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev keçirdiyi brifinqdə deyib. O bildirib ki, diplomatik heyət yaxın vaxtlarda Misirə qayıdacaq və səfirlik adi rejimdə fəaliyyət göstərəcək.
Xatırladaq ki, hazırda Azərbaycanın Misirdəki səfirliyində 2 diplomat çalışır. Digər diplomatlar avqustun sonlarında Misirdə vəziyyətin kəskinləşməsindən sonra bu ölkədən təxliyyə edilib.