../img/pics/medium/130691_msb5a7wxj4.jpg Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı oldu - Video
../img/pics/medium/130651_eu9jdnsxl2.jpg Yeni rektor
../img/pics/medium/130668_zilvi4vl20.jpg “Ulduz”un rəssamı, günəşin dostu...
../img/pics/medium/130663_yrya34vbmq.jpg “Balaca Şahzadə”nin yeni səfəri - Şahanə Müşfiq yazır
SON XƏBƏRLƏR
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edildi

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edildi<b style="color:red"></b>

Bakıda iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim edilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi cırtdan və bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim edib.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan cırtdan uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilib. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşüb. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilib.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları cırtdan və bəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.


 
Bölmənin digər xəbərləri
Yusuf Məmmədəliyev: Yusuf Məmmədəliyev: "Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər"
Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər....
14.03.19
Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanıldı Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanıldı
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb. ...
12.03.19
Zidan yenidən Zidan yenidən "Real"ın baş məşqçisi oldu
Fransalı futbol mütəxəssisi Zinəddin Zidan yenidən Madridin "Real" klubunun baş məşqçisi postuna qayıdıb. ...
11.03.19
Dünya turuna çıxan veloturist: Dünya turuna çıxan veloturist: "Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum"
Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. Peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxta qədər dünyanın 56 ölkəsində olub...
01.03.19
"Qobu park"da idman klubu açıldı
Fevralın 21-də Heydər Əliyev Fondunun təşəbbüsü Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksində idman klubunun açılış mərasimi keçirilib....
24.02.19
AFFA millinin rəqibini açıqladı AFFA millinin rəqibini açıqladı
Azərbaycan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayacaq....
18.02.19
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb....
18.02.19
Saudiyyə şahzadəsi Saudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir
Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunu almağa hazırdır. ...
17.02.19
Millimizin baş məşqçisi bəlli oldu Millimizin baş məşqçisi bəlli oldu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib....
11.02.19
Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda...
11.02.19
Son bir ayda 519 qanunsuz miqrant saxlanılıb Son bir ayda 519 qanunsuz miqrant saxlanılıb
2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb....
11.02.19
Emiliano Salanın cəsədi tapıldı Emiliano Salanın cəsədi tapıldı
Britaniyanın Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarından argentinalı futbolçu Emiliano Salanın cəsədinin tapıldığını və Portlend limanına gətirildiyini barədə məlumatı təsdiq...
08.02.19
Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı
Türkiyədə ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində "Cumhurbaşkanlığıspor" futbol klubu yaradılıb....
06.02.19
"2019-cu il mövsümündə "Formula 1" yarışında dəyişikliklər olacaq"
2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır. ...
05.02.19
Bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqləndi Bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqləndi
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib....
04.02.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.