Yağılar yurduma dikəndə gözü,
Oldun bizə arxa-dayaq, Mübariz.
Azğın düşmənlərdən qorudun bizi,
Gecə-gündüz daim oyaq, Mübariz!
Erməni quldurlar duranda qəsdə,
Eli hər an qoruyurdun, Mübariz.
Bu gün ruhun gəzir başımız üstə,
Övladısan ana yurdun, Mübariz.
Düşməni məhv etdin sən yuvasında,
Viran qoydun o məkanı, Mübariz.
Şəhidliyi seçdin vətən yolunda,
Oldun xalqın qəhrəmanı, Mübariz!
Vətən tarixinə yazılıb adın,
Sən bircə an əsla unudulmadın!
Əliyev Mirzə Vüqar oğlu
"Gənc istedadlar" liseyinin VI sinif şagirdi