Martın 6-da Belarus Respublikasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Məhəmməd Turanın yeni işıq üzü görmüş “Güzgü qırıqları” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Belarus Dövlət Pedaqoji Universitetində baş tutub.
Universitetin təşkilatçılığı ilə keçirilən, müəllim və tələbə heyətinin yer aldığı tədbirdə öncə müəllifin yaradıcılığı haqqında nitq söylənilib, şeirləri rus dilində tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin ikinci hissəsində müxtəlif musiqilər ifa edilib.
Sonda Məhəmməd Turan universitet rəhbərliyi tərəfindən diplomla təltif edilib.