Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərinin almasının səbəbi göz qabağındadır.
Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti deyib: "Bizim S-400 komplekslərini almamızın NATO, ABŞ və ya F-35 proqramının təhlükəsizliyi ilə əlaqəsi yoxdur. Türkiyənin bu sistemləri almasının səbəbi göz qabağındadır".
T.Ərdoğan Türkiyə və ABŞ arasındakı problemlərin digər məsələlərində olduğu kimi həll olunacağına ümidvar olduğunu bildirib.