Sentyabrın 20-də Litvanın paytaxtı Vilnüsdə AVRONEST Enerji Təhlükəsizliyi Komitəsinin 2-ci seminarı keçirləcək.
Bu barədə Milli Məclisin üzvü, qurumun enerji təhlükəsizliyi Komitəsinin sədri Fuad Muradov bildirib. Seminarın işinə Avropa ölkələrinin ekspertləri, Avropa Parlamentinin deputatları qatılacaq.
AVRONEST-in enerji Komitəsi əsas mövzu olaraq alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı Avropada həyata keçirlən proqramları müzakirə edəcək. Bununla yanaşı ekspertlər və Avropa Parlamentinin deputatları yeni enerji layihələri barədə də müzakirə aparacaqlar.
Tədbirdə ölkəmizi Milli Məclisin üzvləri , enerji komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Müsabəyov təmsil edəcək.