Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, komitə sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür:
“Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. İndiki zamanda isə həmin ailələrlə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.