https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

Alpinizm-bir həyat tərzi kimi...

Alpinizm-bir həyat tərzi kimi...

Azərbaycan Alpinizm Federasiyasının (AAF) görkəmli Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr etdiyi açıq kubok yarışı yekunlaşıb.  AAF prezidenti İsrafil Aşurlı bu turnirin keçirilməsinin tarixini bir neçə ay əvvəldən təsdiqləmişdi. Beşbarmaq dağ massivində keçirilən açıq turnir təbii qayayadırmanma üzrə keçirilirdi.

Qeyd edək ki, Akif Rüstəmov Keçmiş SSRİ-nin 7 min metrlik 5 zirvəsindən 4-nü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. O, 2009-cu ildə vəfat etmişdir.

Təbii qayayadırmanma çətinliyinə görə süni qayayadırmanmadan fərqlənir. Çətinlikdən əlavə Beşbarmaq dağının ətrafındakı müxtəlif qayalarda keçirilən üç mərhələ həm də ekzotik baxımdan daha maraqlıdır. İştirakçılardan əlavə turnir ərazidə olan turistlərin də diqqətini  çəkirdi. Ekstremal idman növünün həyəcanını iştirakçılar, məşqçıilərlə yanaşı onlar da yaşayırdılar. Ölkənin müxtəlif bölgələrindən gənclər yarışa qatılıb, həvəslə iştirak edirdilər.

Jurnalistlərə açıqlama verən iştirakçılar Azərbaycan alpinistlərinin uğurlarından danışaraq, bir çox zirvələri fəth etdiklərini deyiblər. Federasiyanın təşkil etdiyi ekpedisiyalar nəticəsində indiyə kimi  alpinistlərimiz Somoni (Kommunizm) zirvəsini, Everest zirəsini, Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzünü və digər yüksəklikləri fəth ediblər.

Gənclərin bəzilərinin fikirlərini öyrənməyə çalışdıq. 

Qusar rayonunun “Zirvə” komandasını təmsil edən Qalib Şıhrəhimov deyir ki, artıq 3 ildir alpinizmlə məşğuldur. AAFın təşkil etdiyi müxtəlif turnirlərdə iştirak edib. Ukraynada keçirilən qayayadırmanma üzrə açıq turnirdə Azərbaycanı təmsil edib. Zeyvan Əzizov və Samid Əzizov da indiyə qədər Gürcüstanda və Ukraynada keçirilən turnirlərdə iştirak ediblər. Onlar Azərbaycanda keçirilən yarışlarda Bazardüzünü və Heydər zirvəsini fəth ediblər.

“Dağçılıq” idman klubunun alpinisti Şirəliyev Möhsün 2008-ci ildən alpinizmlə məşğuldur. O alpinizmi özü üçün həyat tərzi sanır.  Komandanın digər üzvü Oqtay Qasımov isə deyir ki, alpinizmlə məşğul olmaq onun üçün xobbidən artıq məşğuliyyətdir.

Azərbaycan Alpinizm Federasiyası sonda qalibləri "Akif Rüstəmov" kuboku ilə təltif edib.

Pərviz SADIQOV
Səbuhi TURANÇI

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.