|
|
|
|
"Microsoft" şirkəti "Windows 7" istifadəçilərini bu əməliyyat sisteminin dəstəyinin bitməsi ilə əlaqədar xəbərdar edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən rəsmi bloqda deyilir.
Qeyd olunur ki, sistemin dəstəyi 2020-ci ilin yanvarın 14-də dayandırılacaq. İstifadəçilər bu barədə bildirişləri aprelin 18-dən etibarən almağa başlayacaqlar.