Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Bakının Sabunçu, Binəqədi, Xətai, Sabunçu rayonunda eləcə də Sumqayıt şəhərində, Xaçmaz, Bərdə, və Fuzuli rayonunda istehlaka yararsız mallar aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 270 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.