../img/pics/medium/138961_2hv4qg3d81.jpg Hakimlərin maaşı artırıldı
../img/pics/medium/138945_mct20g71h2.jpg VII Henrinin saray üzvlərinin həyatı - Tüdorların uğurları və bədbəxtliklər seriyası
../img/pics/medium/138943_hj5cz7cc8g.jpg Milli dəyər - Loğman Rəşidzadə şeyxülislamdan yazır
../img/pics/medium/138924_oqhadoux9s.jpg Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası - Fotolar
SON XƏBƏRLƏR
23 İyul 2019
22 İyul 2019

“Yataqxananın həyətində asfalt meydança vardı...” - Qara Qarayev

“Yataqxananın həyətində asfalt meydança vardı...” - <b style="color:red"> Qara Qarayev</b>

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın “Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan  olan 27 yaşlı futbolçu karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun çempionu olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu məcburi köçkünlük məsələsi ilə bağlı sualları cavablandırıb.

- Dünyaya gəlişinizdən on ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün Sizi birləşdirən hansı dəyərlər var?.. Ata-baba yurdunuz haqqında valideynlərinizdən, qohum-əqrabanızdan eşitdiklərinizdən nələri yaddaşınızda hələ də saxlayırsınız?

- Doğru vurğulayırsınız ki, hələ mənim bir yaşım olmamış doğulduğum torpağı - Füzuli rayonunu tərk etmək məcburiyyətində qaldıq. Ailəmizin köçkünlük həyatı başladı. Öz doğma yurduma uzun müddətdir gedə bilmirəm, doğulduğum yerlərdə ola bilmirəm. Müsahibələrimin birində də demişdim ki, qarabağlı olub öz torpaqlarını tərk etmiş insanların hissləri daha fərqli, daha  acılı olur. Mənim doğulduğum yerlər mənim təsəvvürümdə daha gözəldir. Ailəmiz, qohumlarımız mənə  çaylardan, dağlardan, təpələrdən, hər şeydən danışırlar və mən də çalışdığım qədər yadımda saxlayıram. Mən ümidliyəm, Allah o hissi yaşamağı, doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizlərə nəsib edəcək. Məncə, o günlər çox uzaqda deyil.

- Ailənizin köçkünlük həyatı ilə bağlı hansı təəssüratlarınız var? Köçkün kimi harada məskunlaşmısınız, hansı orta məktəbdə oxumusunuz?..

- Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi. Bu ad hələ də mənimlədir və inşallah ki, bu addan tezliklə qurtularıq. Rayonumuzun işğalından sonra ailəmiz əvvəlcə Beyləqanda məskunlaşıb. Orada bir müddət yaşadıqdan sonra Bakıya  köçmüşük. Yasamal rayonunda müvəqqəti məskunlaşmışıq... Atamın dediyinə görə, Füzuli rayonundakı evimizdən heç bir şey çıxarmaq mümkün olmayıb.

- Uşaqlığınızın keçdiyi, məhəllə futbolu oynadığınız yerlərə yolunuz düşürmü? İdmanda qazandığınız uğurlarda kimlərin rolu var?

- Uşaqlığım demək olar ki, Yasamalda keçib. Azərbaycan İnşaat Mühəndisləri, Universitetinin yataqxanasında məskunlaşmışdıq. Binanın həyətində asfalt döşəməli böyük bir futbol meydançası vardı. Bu, belə deyim, hər daşı, hər künc-bucağı mənim üçün doğma olan stadiondur. Ən xoş xatirələrim var, o stadionla bağlı... Bəzən ora yolum düşürdü, hətta uşaqlara qoşulub oynayırdım da... Amma uzun müddətdir ki, gedə bilmirəm. Professional karyeramda qrafikin sıxlığı imkan vermir.

İdmanda qazandığım uğurlara görə minnətdar olduğum və hər zaman da minnətdar olacağım bir şəxs var. Futbol oynamağa başladığım dönəmdə hər zaman şükürlər etmişəm ki, onun kimi gözəl in­sanla, müəllimlə tanış olmuşam. Məni doğru-düzgün idmana yanaşmağı öyrədən ilk məşqçim Elnur Zeynalovu nəzərdə tuturam. Mənim futbola bağlanmağımda və uğur qazanmağımda onun böyük zəhməti olub.

“Qarabağ”da oynamağa başladıqdan sonra qazandığım bütün böyük uğurların tək memarı isə hal-hazırki məşqiçim Qurban Qurbanovdur. 2009-cu ildən bu yana mənə inanıb, mənə şans verib, mənə daha çox diqqət göstərməyə çalışıb.  Futbol karyeramda mənim üçün uğurlu bu iki amil olub ki, həqiqətən də bir-birindən yaxşı iki məşqçi ilə işləmişəm. Düşünürəm ki, idmanda qazandığım bütün uğurlara görə bu iki məşqçiyə borcluyam.

- Köçkün məktəblərində görüşləriniz olurmu? Məcburi köçkün uşaqlara, yeniyetmələrə nələri tövsiyə edərdiniz?

- Uzun müddətdir ki, məcburi köçkün məktəblərində görüşlərimiz olmur. Adətən, klubumuzda belə görüşlər olduqda bizə xəbər verilir, biz də məmnuniyyətlə gedirik. Ümid edirəm ki, belə görüşlər olsa, bizim üçün də xoş təəssüratlar bağışlayacaq. Yeniyetmələrə məsləhətim odur ki, idmanda uğur qazanmaq üçün çalışmaq lazımdır. İdmanda uğur qazanmaq üçün savad önəmli rol oynayır. Bütün idman növlərində bu belədir. Uğur qazanmaq üçün gərək daha çox çalışasan, əziyyətə qatlaşasan.  Düşünürəm ki, uşaqlar idmanla məşğul olanda gələcəkdə ölkəmizi, bayrağımızı təbliğ etməyin önəmini dərk edirlər. Məncə, uşaqlar çox çalışarlarsa, istədikləri nəticəyə, uğura çata bilərlər.

- Yəqin ki, Sizin də ailəniz məcburi köçkünlər üçün dövlətin müəyyənləşdirdiyi güzəşt və imtiyazlardan istifadə edir. İndi tanınmış və təminatlı idmançı olduğunuz bir vaxtda ailənizin sosial-maddi vəzyyətinin yaxşılaşmasına köməyiniz varmı?

- Sözsüz ki, Füzulinin işğalından sonra Bakıda məskunlaşdığımız illərdə dövlətimiz tərəfindən verilən yardımlardan, imtiyazlardan biz də hər kəs kimi  istifadə etmişik. O ki, qaldı ailəmizin sosial-maddi vəziyyətinin yaxşılaşmasına kömək etməyimə, bu mənim üzərimə düşən ən böyük haqq və borclardan biridir. Bundan sonra da yaşadığım dövrdə, oynadığım dövrdə hər zaman çalışacam ki, ailəmin - atamın, anamın və qardaşlarımın sosial-maddi vəziy­yətinin yaxşılaşması üçün əlimdən gələni edim və düşünürəm ki, bu mənim mənəvi borcumdur. Həyatımın sonuna qədər də bu borc mənim boynumda haqq olaraq qalacaqdır

- Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uşaq futbolunu inkişaf etdirməklə bağlı hansı təklif və köməyiniz ola bilər? Və ya belə bir təşəbbüslə “Qarabağ”ın, yaxud AFFA-nın qarşısında məsələ qaldırmaq mümkündürmü?

- Həmin qəsəbələrdə futbolu inkişaf etdirmək istəyiriksə, mütləq futbola uyğun infrastruktur yaradılmalıdır. Stadionlar, bazalar, məşq meydançaları mütləq olmalıdır. Və ən əsası uşaqlarla çalışacaq savadlı, bilikli futbol müəllimlərini ora cəlb etmək lazımdır. Sözsüz ki, mütləq diqqət ayırmaq lazımdır o uşaqlara ki, hər zaman nəzarətdə olsunlar. Onda həmin qəsəbələrdə yaxşı idmançılar yetişdirmək olar. O idmançılar ki, milli komandamıza faydalı ola biləcək. Köməyə gəldikdə isə ixtiyarımızda olan bütün məsələlərdə əgər kömək istənilirsə, əlimdən gələn etməyə hazıram.

“Qarabağ” və AFFA-nın qarşısında da məsələ qaldırmaq, əlbəttə, mümkündür. Düşünürəm ki, belə bir təklif olduğu halda müsbət bir rəy bildirərlər. Federasiyada bu məsələlərlə çalışan insanlar var. Onlar regionlarla bağlı futbol haqqında düşünür və belə bir məsələ olarsa, “Qarabağ”a təklif etmək mənim üçün daha asan olar.

Mənbə: "Vətən səsi" qəzeti

 


 
Bölmənin digər xəbərləri
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. ...
22.07.19
Əfsanəvi ciu-citsu ustası Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib....
22.07.19
“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik” “Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib. ...
19.07.19
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in)Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir. ...
19.07.19
“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto “JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto
Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. ...
19.07.19
“Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var “Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. ...
18.07.19
Çempionlar Liqası: Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. ...
18.07.19
XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək....
16.07.19
Nazim Süleymanov: Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"
"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ",...
10.07.19
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək....
10.07.19
Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. ...
09.07.19
“Zirə”nin prezidenti istefa verdi “Zirə”nin prezidenti istefa verdi
"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib. ...
09.07.19
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu “Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu
İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub....
08.07.19
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib...
06.07.19
“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir –  siyahı “Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. ...
05.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.