https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

III “Raquf Orucov Kuboku” turnirində 7 əcnəbi klub iştirak edəcək

III “Raquf Orucov Kuboku” turnirində 7 əcnəbi klub iştirak edəcək

Bu il üçüncü dəfə keçiriləcək “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") beynəlxalq cüdo turnirində 16 yerli və xarici klub komandası iştirak edəcək.

Turnirin Təşkilat Komitəsinin xarici ölkə təmsilçilərinə göndərdiyi dəvətlərə cavab gəlməkdədir. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışlarda iştirak edəcəklərini artıq təsdiqləyiblər. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edəcəklər.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə ehtiram əlaməti olaraq təşkil etdiyi ənənəvi beynəlxalq turnir bu il aprelin  16-17-də Bakı İdman Sarayında keçriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışacaqlar.

Əsas məqsədi  gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirmək olan beynəlxalq turnir artıq ölkəmizin idman həyatına möhkəm daxil olub. Əvvəlki iki ildəki kimi, bu il də turnirə geniş ictimai maraq var. Turnirin açılış  və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.

Onu da qeyd edək ki, ənənəvi beynəlxalq turnir ərəfəsində “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlər buradan klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar əldə edə bilərlər. Səhifədə zəngin foto-video arxiv, o cümlədən  2017 və 2018-ci illərdə keçirilmiş “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirlərindən, klubun idmançılarının və veteran-ustaların iştirak etdikləri mötəbər yarışlardan, ötən il il Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının qalibi olan Yaponiya yığma komandasının “Judo Club 2012” əməkdaşlıq əlaqələrindən bəhs edən videomateriallar yerləşdirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.