Aprelin 19-da "525-ci qəzet" 16 səhifə formatında çap olunacaq.
- Ayaks və biz..." - Aydın Bağırov məşhur Hollandiya klubunun son günlərdəki performansından və Azərbaycan futbolunun bu günündən danışır;
- Mina Rəşid "Nigar Rəfibəylinin çiçək ətirli poetik dünyası"ndan söz açır;
- "Müdrikliyin Çingiz Hüseynov zirvəsi" - Nəsib Nəbioğlu tanınmış yazıçının ömür yolu və yaradıcılığından bəhs edir;
- "525-ci qəzet"in "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" guşəsində Esmira Fuad Nadir Əzhərinin şeirlərini təqdim edir;
- "İbn Ərəbi fəlsəfi görüşləri və Nəsimi təsəvvüfü" - Himalay Ənvəroğlu və Elman Quliyevin qələmində;
- Görkəmli dilçi alim "Yusif Seyidov təkrarsızlığı" Dilçlik İnstitunun şöbə müdiri Təranə Şükürlünün təqdimatında;
- "Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür" - Şahanə Müşfiq tanınmış neftçi Aydın Amanovla söhbətləşir;
- "Sənətimi heç nəyə dəyişmədim" - Ağaddin Babayevin həmsöhbəti Xalq artisti Qabil Quliyevdir;
- İstanbulda Hüseyn Cavidin "İblis" əsəri tamaşaya qoyulub - Teatr;
- Şou-biznesdə nələr baş verir?
- "Bibi" və "Beni": Knesset uğrunda iki liderin seçki savaşı - Şərh;
- Növbəti görüş təklifi Vaşinqtondan gəldi - Dağlıq Qarabağ münaqişəsi;
- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;
- və s.
SABAH KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!