../img/pics/medium/135214_if1w0c03ta.jpg "Həmsədrlər əsirlərlə bağlı təklifləri münaqişə tərəflərinə təqdim edəcəklər"
../img/pics/medium/135211_z3s0budm12.gif Kəşfiyyat və əks-kəşfiyyat subyektləri hərbi qulluqçularının pensiyası artırıldı
../img/pics/medium/135203_srccnqurrq.jpg Bakı finalı üçün fantastik bilet qiyməti - 10 mindən 250 minə...
../img/pics/medium/135192_fdwftlgyjz.jpg İsrail telekanalı: "Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir"
SON XƏBƏRLƏR
23 May 2019

"Ayaks" və biz - Aydın Bağırov yazır

"Ayaks" və biz - <b style="color:red">Aydın Bağırov yazır </b>

Aydın BAĞIROV
[email protected]

Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş,  Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan!

2014-18-ci illərdə "Mançester Yunayted"dəki çıxışı ilə tanınan Deyli Blindi çıxmaqla digərləri günü bu gün də dünya futbolunda populyar deyillər. Amma bu 5 oyunçu başqa komanda yoldaşları ilə birgə 2018/19 mövsümü Çempionlar Liqasında hamını təəccübləndirərək gedirlər. Bu həftə hollandlar futbolun tiranlarını - "Real"dan sonra "Yuventus"u da məğlub etməklə bu nəhəng yarışdan kənarlaşdırdılar.

"Ayaks"ın "Yuventus"la son oyununda əsas heyətdə meydana çıxan futbolçulardan yarıdan çoxunun - düz 6 nəfərinin yaşlarına da diqqət edin - 19-dan başlayır, 21 (3 nəfər) və 22 yaşla davam etməklə 23-də bitir! Qeyri-adi göstəricidi. Avropada ikinci belə gənc komandanı tapmaq çətin ki, mümkün olsun. Amma təcrübəli oyunçularla gənclərin sintezindən qurulan Amsterdam klubu indi Çempionlar Liqasının yarımfinalındadı! Hərçənd mən yenə də diqqəti o 5 futbolçuya, daha doğrusu, onların futbol məktəbinə, "Ayaks"ın bu uğurlarının qaynağına - "Ayaks" futbol akademiyasına yönəltmək istəyirəm.

Bugünlərdə akademiya barədə film izləyərkən onlarla maraqlı detal arasında biri xüsusən diqqətimi çəkdi. Demə, 7-12 yaşlı uşaq futbolçulara həftənin bəzi günlərində cüdo və gimnastika məşqləri də keçirlər. Məşqçilərin söylədiyinə görə, uşaq bu yaşda psixoloji və fiziki inkişafa daha meylli olur. Qeyri-futbol məşqləri də ona görə keçirilir ki, uşağın bədəni atletik və fiziki baxımdan qüvvətlənsin ki, gələcəkdə rəqibləri ilə fiziki mübarizədə uduzmasınlar. Biz həmin doğru işin nəticəsini ən son elə "Yuventus" - "Ayaks" oyununda gördük. Akademiyanın yetirməsi olan hollandların 19 yaşlı kapitanı Matteys de Liqtin turinlilərin iki təcrübəli müdafiəçisi ilə hava mübarizəsini udub, başla əla qol vurması həm də bir zamanlar akademiyada keçdiyi cüdo və gimnastika məşqlərinin nəticəsi idi.

Təəssüf doğuran hal odur ki, bizdə futbolu idarə edənlərə yanlış olaraq elə gəlir ki, 2-3 meydança salmaqla (özü də süni meydança. Hansı ki, Avropada uşaqların belə meydançada oynamasına qadağa var) uşaq futbolundakı köklü və ciddi problemlər o dəqiqə həllini tapacaq. Dəfələrlə deyilib, bir daha qeyd edək ki, uşaq futbol məktəblərimizdə metodiki və məşqçi problemi var. Amma AFFA, klublar problemi həll etməyib, bu istiqamətdə neçə illərdi ciddi və davamlı heç bir təşəbbüs olmayıb. Əksər futbol məktəblərində uşaqlara psixoloji, fiziki və taktiki baxımdan doğru dərs keçirilmir. Bunun acı nəticəsini isə Azərbaycan böyük futbolda neçə illərdi yaşamaqdadı.

Əlbəttə, hətta bu gün real işə keçib, problemin həllinə başlanılsa belə, Azərbaycanın bərbad futbol məktəbləri "Ayaks"ın akademiyasının heç 10 faizi səviyyəsinə də çata bilməz. Amma heç olmasa axır ki, işlərə başlanılmalıdı, lisenziyası, savadı olmayan, müasir futboldan bixəbər insanlar tədricən məşq prosesindən uzaqlaşdırılmalı və xaricilər olsa belə, yerlərinə normal futbol biliyi olan kadrlar gətirilməlidir.

Biz Azərbaycandan "Ayaks"ın akademiyasına qayıdanda isə yenə də heyrətamiz faktlarla rastlaşırıq. Bu akademiyanın müasir futbolda fabrik rolu oynadığı məlumdu. "Nyu York Tayms" qəzetinin əməkdaşı 15 gün müddətində akademiyada olub araşdırma apararkən müyyənləşdirib ki, Amsterdam klubu 21-ci əsrdə yetirməsi olan futbolçularının satışından düz 500 milyon avro gəlir əldə edib. Və həmin araşdırma müddətində bir ilginc hadisə qeydə alınıb. Mənə elə gəlir ki, bu fakta bizim uşaq məşqçiləri ilə yanaşı, elə böyüklərin məşqçiləri də ciddi fikir verməlidi. Jurnalistin akademiyanın yetirməsi olan 15 yaşlı uşaqla müsahibə etməsindən xəbər tutan akademiyanın rəhbərliyi onun məşqçisini işdən qovub! Səbəb də odur ki, futbolda heç nə etməyən bir uşağın indi sadəcə olaraq, müsahibə vermək vaxtı deyil. O fikrini ancaq futbola yönəltməlidi. Bu olmayıbsa, deməli, problem məşqçidədi. O, gedəcək, yerinə başqası gələcək. Çünki "Ayaks"da işləmək istəyənlərin sayı çoxdu. Elə oynamaq istəyənlərin də. Amma akademiyaya düşmək elə də asan deyil. Əvvəlcə uşaqların oyunlarını müxtəlif yerlədə klubun ştatdankənar fərqli 90 skautu izləyir, sonra onlar akademiyanın səkkiz rəsmi skautuna tövsiyə olunur. Bundan sonra isə akademiyanın özündə yekun sınaq olur. Yekun sınaqdan keçənlər isə...

... Hə, bu gün Çempionlar Liqasında möcüzə yaradır!


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
"Roma"nın oyununda: əvvəl və sonra
Sonrasında italyanların xarizmatik baş məşqçisi Eysebio di Françeskoya bizim "Qarabağ"la bağlı sual ünvanlamışdım. Mətbuat konfransının keçirildiyi zala girəndən uşaq kimi ancaq gülən (deyəsən,...
11.04.18
Böyükağa Hacıyevlə “Mardan”da söhbət... Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
“Neftçi”ni sanki ətraf ələmdən tam təcrid ediblər. Axır ki, gəlib çatırıq. Antalyanın məşhur “Mardan” stadionunun yanındakı idman kompleksi. Qarşıma ilk çıxan Tahir Süleymanov olur....
31.01.18
Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi
Az sonra superliqanın “Qalatasaray”- “Karabükspor” oyununa canlı baxmaq, sonra da Bakıda vədələşdiyim görüşə görə stadiona daxil olmalıyam. Amma qəfil bir narahatlıq yaranır məndə. Bəs, birdən...
27.01.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.