Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın 15 illiyi ilə əlaqədar xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Ukraynaya yola düşüb.
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas Nazir Elmar Məmmədyarovun sədrliyi ilə keçiriləcək. Tədbirdə Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub. Həmçinin, səfər müddətində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.