https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

"Rossiya24" Bakıda keçirilən "Formula 1"dən reportaj hazırladı

"Rossiya24" Bakıda keçirilən "Formula 1"dən reportaj hazırladı

Rusiyanın "Rossiya24" telekanalı Bakıda keçirilən "Formula 1" Qran-prisindən reportaj hazırlayıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, jurnalist Boris Maksutovun müəllifi olduğu üç dəqiqəlik reportajda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də yer alıb.

Müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev “Formula 1” idman yarışının dünyada yarım milyarda yaxın insan tərəfindən izləndiyini söyləyib.

 "Əlbəttə ki, Bakı da “Formula 1”-in keçirildiyi şəhərlərin siyahısındadır. Bu çox vacibdir. Birinci yarışdan sonra Azərbaycanda turizmin inkişaf 22 faiz, ikinci yarışdan sonra isə 20 faiz təşkil edib. Ona görə də bu, ölkəyə, şəhərə böyük gəlir gətirir. Azərbaycanın bu yarışdan artıq 300 milyon dollar qazandığı hesablanıb",- deyə Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə vurğulayıb.


Reportajda Bakıda keçirilən Formula yürüşünün xüsusi olduğu qeyd olunub. Bildirilib ki, Bakı trekində rekord sürət saatda 378 km qeydə alınıb. Pilotlar Daniel Rikardo Bakı trekinin əla olduğunu, Maks Ferstappen isə trekin təhlükəli deyil, lakin həyəcanlandırıcı olduğunu qeyd edib.

Reportaja Bakının turistik məkanları, xüsusi ilə Heydər Əliyev Mərkəzi, İçərişəhər, mərkəzi küçələri barədə danışılıb. Ölkəyə "Formula 1” yarışının keçirilməsi ilə əlaqədar 10 minlərlə turistin gəldiyi qeyd olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.