“ABŞ Minsk qrupu həmsədri ölkəsidir. Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə münaqişənin sülh yolu ilə həllinin tapılmasında birgə işləməyə sadiqik”.
ONA-nın məlumatına görə, bu sözləri ABŞ səfirinin müavini Uilyam Gill deyib.
O bildirib ki, ABŞ nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə məmnuniyyətlə hazırdır.
Bu barədə danışıqlar davam edir. Ümid edirik ki, gələcək günlərdə bununla bağlı müsbət məlumat veriləcək”.