Dünyanın məşhur oyunlarından olan "Need for Speed"in filmi çəkilib.
525.az-ın məlumatına görə, uzun illərdir marağını qoruyub saxlayan oyunun film versiyası gələn il martın 14-də təqdim olunacaq.
Büdcəsi 75 milyon olan filmdə baş rollarda Pol Aaron, İmocen Puts, Dominik Monokan çəkilib. Yayılan fraqmentdə oyundakı səhnələrlə oxşarlığın olması filmə diqqəti daha da artırıb.