../img/pics/medium/140565_s5hsmz8pw5.jpg Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxıldı
../img/pics/medium/140568_uzkby0nan9.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/139624_el2da09bdy.jpg Kapadokya Universitetinə tələbə qəbulu davam edir - Elan
../img/pics/medium/140555_7bw3y2h595.jpg Milli-mənəvi duyğuların Güneydə pərvəriş tapan təcəssümü
SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019

Azad Rəhimov: “Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir”

Azad Rəhimov: “Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir”<b style="color:red"></b>

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin seminarının ilk gününün sonunda mətbuat konfransı təşkil olunub.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corc Visaçki jurnalistlərin suallarını cavablandırıblar.

Nazir qeyd edib ki, yarışda 14-18 yaşlı idmançılar iştirak edəcək və bu, yığmamız üçün böyük əhəmiyyət daşıyır: "Bu o deməkdir ki, gələcəkdə bu idmançılar Azərbaycanı təmsil edəcəklər. Onlar üçün böyük sınaqdır. İstəyirik ki, gənclərimiz komanda idman növlərində də özünü göstərsinlər. Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir".

O bildirib ki, yarış üçün arenalar hazırdır və bəzilərinə yeni avadanlıqlar alınmalıdır: "Bu da böyüklərlə gənclərin fərqli avadanlıqlardan istifadəsindən irəli gəlir. 2500 könüllü qeydiyyatdan keçib. Bu gün 1700 idmançı iştirakını təsdiqləyib. Nümayəndə heyəti 1300 nəfərdir. Amma bu rəqəm 10 faiz dəyişə bilər. Ümumilikdə 5000-dən artıq qonaq gözləyirik”.

C.Visaçki də tədbir barədə fikirlərini açıqlayıb: “15 ildir bu istiqamətdə çalışıram. Bakı-2015 Avropa Oyunlarının uğuru da nazirin böyük əməyi sayəsində gerçəkləşib. Bu dəfə də istisna deyil. Bunu üç - Azərbaycanın dünyada tanınması, peşəkarlıq və miras sözləri ilə də deyə bilərəm. İnanıram ki, festival da yüksək səviyyədə olacaq”.

A.Rəhimov vurğulayıb ki, Avropa Oyunlarında 600-dən artıq əcnəbi mütəxəssis olubsa, bu, ildən-ilə azalıb: "İslamiadada bunu 10 dəfə azaltdıq. Bu dəfə yalnız 1 xarici mütəxəssis bizimlə işləyir. O, “Formula-1” keçiriləndən Bakıdadır. Nəqliyyat planına nəzarət edir. Artıq onu xarici saymırıq".

İdmançılara mükafatın verilməsi isə gündəmdə deyil. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, ilin sonunda lazımı mükafatlar verilir və onlar da yekunda alacaqlar.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-28-də keçiriləcək. Yarışda ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə (gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş) olacaq. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.


 
Bölmənin digər xəbərləri
Messi güclüdür, yoxsa Ronaldo? - Alimlər cavab verdilər Messi güclüdür, yoxsa Ronaldo? - Alimlər cavab verdilər
Belçikanın Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib...
21.08.19
“Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular “Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular
Avqustun 15-16-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşınadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. ...
19.08.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib....
09.08.19
APOEL baş məşqçini istefaya göndərdi - “Qarabağ”a uduzduğuna görə APOEL baş məşqçini istefaya göndərdi - “Qarabağ”a uduzduğuna görə
APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib....
08.08.19
Deputat Deputat "Qarabağ"ı təbrik etdi
Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Kiprin APOEL komandasına qalib gəlib. Komandamızın bu qələbəsi bizə ikiqat sevinc bəxş etdi. Bu qələbənin...
07.08.19
“Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət “Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət
“Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Kipr klubuna müraciət edib. ...
06.08.19
Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto
Bakıda uğurla başa çatan XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan cüdoçuları üçün də yaddaqalan olub. ...
30.07.19
Veteran cüdoçularımız Avropa çempionatında uğurla çıxış ediblər - Foto Veteran cüdoçularımız Avropa çempionatında uğurla çıxış ediblər - Foto
İyulun 25-dən 28-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. ...
30.07.19
"25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq"
"1994-cü ildə ulu öndər Heydər Əliyevin ilk sərəncamlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması idi. Azərbaycanda gənclər və idman sahələrinin prioritet olacağını ulu öndər görürdü...
26.07.19
"Neftçi"ni aparan təyyarə 5 saatdan çox ləngimədən sonra yola düşdü - Yenilənib
Göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb. ...
24.07.19
Messi bir oyunluq cəza aldı Messi bir oyunluq cəza aldı
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb. ...
24.07.19
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. ...
22.07.19
Əfsanəvi ciu-citsu ustası Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib....
22.07.19
“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik” “Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib. ...
19.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.