https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Kaliforniyada Heydər Əliyevə həsr olunmuş şahmat turniri

Kaliforniyada Heydər Əliyevə həsr olunmuş şahmat turniri

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş geniş şahmat turniri keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Konsulluğun təşəbbüsü və dəstəyilə artıq ikinci ildir keçirilən və “Bakı Açıq Şahmat Turniri 2019”  San Dieqo Şahmat Klubu tərəfindən təşkil edilib. San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Turnirdən öncə Baş Konsulluğun konsulu Rəşad Eyvazov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.

Sonra çıxış edən San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və San Dieqo Şahmat Klubunun vitse-prezidenti Çak Ensi Azərbaycanda şahmat idmanının inkişafı barədə ətraflı məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Dörd turdan ibarət turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50-dən çox şahmatçı öz güclərini sınayaraq, altı bölmədə mübarizə aparıblar. Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq şəhadətnamələr və mükafatlar təqdim olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.