../img/pics/medium/135351_oyoczucxcx.jpg Əbədiyyət, yoxsa boşluq?!. - Pərvin yazır
../img/pics/medium/135349_cxyujc68jx.jpg Əjdər Ol hekayəçiliyi, yaxud üç hekayədə Qarabağ - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/135348_8bxonav61c.jpg Köhnəni dağıt(ma), yenisini tik: hər şeydən sonra metamodernizm - Aysel Əlizadə
../img/pics/medium/135347_vkhotpi988.jpg Etinasızlığın sonu - Türkan Turan yazır
SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019

UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır

UEFA mötəbər finalı niyə Bakıya saldı? - <b style="color:red">Aydın Bağırov yazır </b>

Aydın BAĞIROV
[email protected]

Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki, səslənən fikirlərdə finalın niyə Bakıya salınması ilə əlaqədar ən əsas məqamlar incəliyinədək açıqlanmayıb.

Əvvəlcə onu qeyd etməyi vacib sayıram ki, Avropanın ali futbol qurumu olan UEFA dünyanın ən ciddi idman qurumlarından biri, şəxsi fikrimə görə isə, Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci nüfuzlu idman təşkilatıdır. Bu qurumun keçirdiyi təkcə iki yarış – Çempionlar Liqası və Avropa Liqası bütün dünyada klublar arasında ən mötəbər idman turniri kimi qəbul olunur. UEFA ötən il açıqlayıb ki, hazırkı - 2018/19 mövsümündə Çempionlar Liqası və Avropa Liqasından (teleyayım, reklam gəlirləri və digər marketinq fəaliyyətindən) 3.25 milyard (!) avro gəlir götürəcək. Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatını bir kənara qoysaq, başqa heç bir idman qurumu il ərzində bu qədər yüksək məbləğdə pul qazanmır. Əldə olunan gəlirin 93.5 faiz isə klublar arasında bölünəcək. Rəqəmlərlə sizi çox yormaq istəməsəm də, bu kiçik detallara da fikir verək ki, yarışların həm də biznes baxımından önəmi aydın olsun:

Çempionlar Liqasında qrupa vəsiqə qazanmağa görə 32 komandanın hər birinə 15,25 milyon avro, üstəgəl qrupda qələbə üçün 2,7 milyon avro, heç-heçə üçün 900 min avro pul ayrılıb. Hər mərhələ keçildikcə, mükafatın məbləği də yüksəlir, finalçı komandara isə əlavə 15 milyon avro ödənilir (finalın qalibi əlavə 4 milyon avro qazanır).

O ki qaldı finalı Bakıda olacaq Avropa Liqasına, bu yarışda mükafat nisbətən azdır (təbii ki, Çempionlar Liqası ilə müqayisədə).

Qrupda iştiraka görə 2,62 milyon
Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Avropa Liqasının qalibi olmağı klublar həm də ən çox ona görə istəyir ki, növbəti mövsümdə Çempionlar Liqasının qrupunda oynaya bilsin. İndiki halda buna ən çox ehtiyacı olan “Arsenal”dır.

Bəli, həm yarışların, həm də UEFA-nın bir idman qurumu olaraq sambalı böyükdür. İndi gələk ən əsas məsələyə. Hansı ki, bəzi xarici mediada, o cümlədən Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bu məsələ də qabardılıb. İddia olunur ki, Azərbaycan paytaxı təhlükəsizlik məsələrinə görə belə mühüm oyunu qəbul etməyə hazır deyil, Bakıya gələn əcnəbi azarkeşlər problemlərlə üzləşə bilər.

Bu zaman Avropadakı futbol yarışlarına nabələd olan siyasi media, yaxud dairələr bir əsas məqamı unudur ki, UEFA-nın keçirdiyi bütün yarışlarda (klub, A və aşağı milli komandalar səviyyəsində) komandaların, azarkeşlərin təhlükəsizliyi birnömrəli tələb kimi qoyulub. Əgər təhlükəsizlik sarıdan problem olarsa, nəinki final, pley-off, qrup, hətta təsnifat mərhələsinin oyunlarının belə hər hansı ölkədə keçirilməsinə icazə verilmir, verilə bilməz. Yeri gəlmişkən, bu yerdə elə təkcə Azərbaycana aid olan bir faktı qeyd etmək istəyirəm. 1990-cı illərin əvvəllərində ölkəmizdə siyasi qeyri-sabitlik, dövlət çevrilişinə cəhdlər səbəbindən UEFA Azərbaycan millisinin ev oyunlarını Bakıda keçirməsinə izacə verməmiş, ona görə də AFFA ev stadionu kimi qardaş Türkiyənin Trabzon şəhər arenasını seçmək məcburiyyətində qalmışdı. Beləliklə də, Azərbaycan millisi ilk rəsmi ev matçlarını doğma vətənində deyil, neytral ərazidə keçirməli olmuşdu. 1990-cı illərin ortalarında, artıq ölkədə sabitlik bərpa olunmağa başlayanda, Azərbaycan dövlətinin də FİFA və UEFA-ya təminat məktubundan sonra millimizin Bakıda oynamasına icazə verilmişdi.

Bu mənada, hələ 2 il əvvəl finalın Bakıda keçirilməsi ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar verərkən birinci növbədə Bakının inkişaf etmiş və gözəl şəhər yox, məhz təhlükəsiz və sabitlik baxımından problemsiz şəhər olması faktını əsas şərt kimi götürüb! Final üçün qərar verilərkən digər məqamlar da nəzərə alınır ki, bunlardan biri olmasa, belə oyun qətiyyən bir şəhərə həvalə edilməz. Bunlar stadionun 70 minə yaxın tamaşaçı tutumuna malik və bütün beynəlxalq tələblərə cavab verməsi, otellərdə qonaqları qəbul etmək üçün tələb olunan sayda yerin olması və sairdir.

Yəni qərar qəbul edilərkən təhlükəsiz məsələsi qırmızı xətt kimi keçir. Bu mənada, xarici medianın, yaxud hər hansı siyasi dairələrin Bakıya münasibətdə bu məsələni qaldırması tamamilə uğursuz bir yanaşmadır ki, buna da konkret faktlar gətirməklə cavab vermək olar. Məsələn, Azərbaycanın hələ mühüm idman yarışlarına ev sahibliyi etməsi kimi faktları bir kənara qoyaq, gələk ona ki, son 4 ildə təkcə İngiltərənin düz 3 öncül və tarixi klubu Bakıda bizim “Qarabağ”la oynayıb (2015-ci ildə Avropa Liqasında “Tottenhem”, 2017-ci ildə Çempionlar Liqasında “Çelsi və 2018-ci ildə “Arsenal). Və indiyədək Bakıya gəlmiş digər klublar, milli komandalar kimi, onların rəsmi, yaxud qeyri-rəsmi formada təhlükəsiz məsələsindən hər hansı şikayətləri olmayıb.

Bu mənada, təkrar qeyd etmək xüsusi yerinə düşər ki, təhlükəsizliklə əlaqədar hər hansı fikir tamamilə yersizdir və qeyd etmək lazımdır ki, bugünədək Azərbaycanın müvafiq güc struktuları stadionlarda, ondan kənarda bütün əcnəbi komanda və onların azarkeşlərin Bakıya təhlükəsiz gəlib-getmələrini, burada sərbəst hərəkət etmələrini lazimı qaydada və yüksək səviyyədə təmin edib. Ona görə də 29 may finalına görə 30 mindən çox xarici vətəndaşın paytaxtımıza səfəri zamanı da bu ənənənin davam edəcəyinə hər hansı şübhə ola bilməz.

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
"Roma"nın oyununda: əvvəl və sonra
Sonrasında italyanların xarizmatik baş məşqçisi Eysebio di Françeskoya bizim "Qarabağ"la bağlı sual ünvanlamışdım. Mətbuat konfransının keçirildiyi zala girəndən uşaq kimi ancaq gülən (deyəsən,...
11.04.18
Böyükağa Hacıyevlə “Mardan”da söhbət... Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
“Neftçi”ni sanki ətraf ələmdən tam təcrid ediblər. Axır ki, gəlib çatırıq. Antalyanın məşhur “Mardan” stadionunun yanındakı idman kompleksi. Qarşıma ilk çıxan Tahir Süleymanov olur....
31.01.18
Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi
Az sonra superliqanın “Qalatasaray”- “Karabükspor” oyununa canlı baxmaq, sonra da Bakıda vədələşdiyim görüşə görə stadiona daxil olmalıyam. Amma qəfil bir narahatlıq yaranır məndə. Bəs, birdən...
27.01.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.