https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
search
19 Mart 2024
18 Mart 2024

AFFA-dan Mxitaryanla bağlı açıqlama

AFFA-dan  Mxitaryanla bağlı açıqlama

AFFA İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi ilə bağlı açıqlama yayıb.

ONA-nın məlumatına görə, assosiasiya əsaslandırılmamış qərara təəssüfləndiyini qeyd edib.

"Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi", - deyə açıqlamada bildirilir.
 
Qeyd olunur ki, yarımmüdafiəçinin təhlükəsizliyi ilə bağlı zəmanət verilmişdi: "Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.